Yaz semestri üzrə təhsil krediti alacaq tələbələrin sayı açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

16 fevral tarixindən etibarən 2021-2022-ci tədris ilinin yaz
semestri üzrə elektron müraciətlərin qəbuluna başlanılıb. 8 iş günü
ərzində 1200-dən çox yeni müraciət daxil olub.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən
bildirilib.


Qeyd edilib ki, ilkin olaraq emalı son mərhələyə çatan 249
tələbənin təhsil krediti almaq hüququ müəyyən edilib. 19 tələbənin
isə müraciətindəki uyğunsuzluqlara görə təkrar müraciət hüququ
verilməklə imtina verilib. Digər tələbələrin isə müraciətləri
müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin
qəbulu davam etməkdədir.

Teqlər: