Almaniyada dünyanın ən bahalı avtomobili 135 milyon avroya satılıb

Almaniyada keçirilən hərracda 1955-ci il istehsalı olan
Mercedes-Benz 300 SLR avtomobili rekord qiymətə – 135 milyon avroya
satılıb.

Trend xəbər
verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb.

Hərrac mayın 5-də Ştutqartdakı Mercedes-Benz Muzeyində baş
tutub. Nadir avtomobil dünyada indiyə qədər satılan ən bahalı
avtomobil olub. Bundan əvvəl dünya hərraclarında satılan ən bahalı
avtomobil 1962-ci ilin Ferrari “250 GTO” markalı avtomobili idi.
Onun qiyməti 48,4 milyon dollar təşkil edirdi.

Mercedes-Benz 300 SLR 1955-ci ildə Rudolf Ulenhautun rəhbərliyi
altında şirkətin yarış departamenti tərəfindən hazırlanmış iki
prototipdən biridir. Avtomobilin maksimal sürəti 290 km/saat təşkil
edir.