Cəbrayılda suvarma işlərinin yaxşılaşıdırılması üçün bir sıra işlər görülüb (FOTO)

Cəbrayıl Suvarma Sistemləri idarəsi xidmət etdiyi ərazilərdə
suvarma işlərinin yaxşılaşıdırılması üçün bir sıra işlər
görülüb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AzerTimes-a bildirib ki,
hidrotexniki qurğular sazlanıb, suvarma və kollektor kanalları
lildən təmizlənib. Yaz tarla işləri üçün suvarma qrafiki tərtib
edilərək növbəlilik prinsipinə uyğun olaraq işlər yerinə
yetirilir.

Cəbrayıl Suvarma Sistemləri idarəsi ümumilikdə 4809 hektar
sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı,
çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin
su təminatı 5 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. 1
ədəd nasos stansiya rayonun Cocuq Mərcanlı kəndində 417 hektar,
Füzuli rayonun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar
sahəni su ilə təmin edir. Stansiya Araz çayından idalanır bunun
üçün uzunluğu 4.2km olan qol araz açyından çəkilərək stansiyaya
birləşdirilib.

Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11
ədəd qəsəbələrdə isə 4 ədəd nasos stansiya 4112 hektar sahəyə
xidmət göstərir. Xidməti sahədə ümumilikdə, 99.40 km suvarma
kanalları mövcuddur ki, bunun 16.4 km qapalı şəbəkə, 83.0 km açıq
suvarma kanallarıdır. Açıq kanalların 33.2 km beton, 49.8 km torpaq
tiplidir. 507 ədəd hidrotexniki qurğu var. Cari il idarə tərəfindən
taxıl, pambıq, şəkər çuğunduru, yem bitkiləri sahələrinin və hektar
həyətyanı sahələrin suvarılmasını təmin edilir.

İdarədən verilən məlumata görə, suvarma işi üçün fəaliyyət
göstərən nasos stansiyalardan ikisi 3 aqreqatlı, ikisii isə 2
aqreqatlıdır, 1 stansiya isə 1 aqreqatla faəliyyət göstərir. Hər il
olduğu kimi, bu ildə də nasos stansiya aqreqatlarının işçi
hissələri yenisi ilə əvəzlənib, aqreqatlar, hidrotexniki qurğular,
maşın və mexanizmlər cari və ya əsaslı təmir olunub, kanal və
kollektorlar lildən təmizlənir. İlin 1-ci rübündə suvarma kanalları
və kollektor sistemi plana uyğun olaraq lildən təmizlənib,
hidrotexniki qurğularda cari təmir işləri görülüb.

Teqlər: