Gəncədə yaşayış binasındakı yanğınla bağlı yeni xəbər

Gəncədə yaşayış binasındakı yanğınla bağlı yeni xəbər

17:29

Gəncə şəhərində 4 mərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Ə.Nəzərov küçəsində 4 mərtəbəli binadakı yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən alınıb.

Hazırda soyutma işləri aparılır.

Qeyd edək ki, mənzillərin birində başvemriş yanğın bir neçə mənzilə keçib. Binadan 20 nəfər şəxs təxliyə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Teqlər: