Alimlər meymun çiçəyinə qarşı dərman vasitəsi aşkar ediblər

ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatı
meymun çiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə “Lancet” elmi nəşri yazır.

“Həmkarlarımız bu meymun çiçəyi epidemiyasının yayılmasının
səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə
mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə
olunduğu ilə maraqlandıq”, – Böyük Britaniyanın Liverpul
Universitetinin elmi işçisi Hyu Adler deyib.

O, qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin
nəticələrinə əsasən, iki əsas dərman – brincidofovir və tekovirimat
müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi
isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə
proqramına uyğun olaraq yaradılmışdır.

Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi
bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə
olmadığı üzə çıxıb. Alimlər hesab edirlər ki, daha az təhlükəli
olan meymun çiçəyi də tekovirimat preparatı ilə müalicə
olunacaq.