Bayden silah lobbisinə qarşı hərəkətə keçməyə çağırış edib

Biz silah lobbisinə qarşı hərəkətə keçməliyik, müqəddəs amallar
naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin
qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır.

Trend “TASS”a
istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Texas
ştatının Yuvald şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə
bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində
bildirib.

ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər
bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa
salmaq lazımdır.

“Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi
düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal
şəkildə təbliğ etməklə böyük qazanc əldə ediblər. Bunun qarşısını
almaq üçün cəsarətli olmalıyıq”, – C. Bayden vurğulayıb.

O, həmçinin, atışma zamanı həlak olanların ailələrinə başsağlığı
verib.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının senatoru ibtidai
məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 20 nəfərin həlak
olduğunu bildirib. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romasın
törətdiyi bildirilir.

ABŞ Prezidenti hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə
hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə
sərəncam verib.