Aİİ rektoru tələbələrlə görüşüb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov ali
təhsil müəssisəsində fəaliyyət göstərən peşə hazırlığı kursunda
iştirak edən tələbələrlə görüş keçirib.

Görüşdə kursun gedişatı, ortaya çıxa biləcək nöqsanlar haqqında
müzakirələr aparılıb, tövsiyələr verilib. Təhsilalanlar proqram
barədə ətraflı məlumat verib, təkliflərini səsləndiriblər.

Aİİ rektoru Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Ali
təhsil müəssisəsinin rəhbəri əsas məqsədin yüksək intellektə, geniş
dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər
hazırlamaq olduğunu qeyd edib.

İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu
diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan
istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı
kadrlar kimi yetişməlidirlər.

A.Şirinov daha sonra bildirib ki, tələbələr ölkəmizin inkişafı,
daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür
olaraq cəmiyyətə təbliğ etməlidirlər.

Tədbirdə tələbələri maraqlandıran suallar ətrafında fikir
müzakirəsi aparılıb.

Teqlər: