Access2Success təlimlərə başladı (FOTO)

AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş
Access2Success layihəsi çərçivəsində təlimlərə başlanıldı.
Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş
layihədə iştirak üçün 250-dən çox namizəd müraciət etdi. Onlardan
tələblərə cavab verən 53 nəfər təlimlərə qatılmaq hüququ əldə
etdilər. Hazırda Bakı, Xırdalan və Ağdam şəhərlərini təmsil edən
qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində
idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış,
ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce),
kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları
əhatə edən aparıcı mövzularda ekspertlərdən təlimlər alırlar. 23-47
yaş aralığında olan iştirakçı qadın sahibkarlar ekspertlərdən
nəzəri biliklər əldə etməklə yanaşı, həm də praktik məşğələlərdə
iştirak edirlər, öyrəndikləri yenilikləri şəxsi bizneslərinə
anındaca tətbiq edirlər. Proqramın ilkin olaraq iyun ayının
sonunadək davam etməsi planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycanda mikromaliyyələşdirmə lideri olan
AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin
təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlayıb. Bankın
məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları
genişləndirmək niyyətində olan xanımları dəstəkləməkdir.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri
olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.
Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq
təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə
olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında
məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək,
həmçinin
www.accessbank.az saytına, və ya bankın
sosial şəbəkələrdə (
Facebook,
Instagram,
LinkedIn)
hesablarına daxil olmaq olar.

Teqlər: