Aİ Suriyaya qarşı sanksiyaların vaxtını uzadıb

Avropa İttifaqı Şurası Suriyaya qarşı məhdudlaşdırıcı
tədbirlərin daha bir il, 2023-cü il iyunun 1-dək uzadıldığını
açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının
kommünikesində deyilir.

Kommünikedə bildirilir ki, 3 nəfər sanksiya siyahısından
çıxarılıb. Siyahıya indi aktivləri dondurulan və Aİ-yə səyahət
qadağası qoyulan 289 fiziki şəxs, habelə aktivləri dondurulan 70
təşkilat daxildir.

Eyni zamanda, vurğulanır ki, “Suriyaya qarşı sanksiyaların
humanitar yardımın çatdırılmasına mane olmamağı da nəzərdə
tutulub”. Buna görə də, “ərzaq, dərman və ya tibbi avadanlıqların
çatdırılması Aİ sanksiyalarına məruz qalmır”.