Türkmənistan TRACECA-ya qoşulmaqda maraqlıdır (Özəl)

Türkmənistan TRACECA-ya qoşulmaqda maraqlıdır.

Bunu AzerTimes-a TRACECA-nın Hökumətlərarası Komissiyası Daimi
katibliyinin daimi nümayəndəsi (milli katib) Rüfət Bayramov
deyib.

Onun sözlərinə görə, bu gün Türkmənistan tərəfi TRACECA-ya
qoşulma məsələlərini ciddi şəkildə nəzərdən keçirir.

“Hesab edirəm ki, Türkmənistanın TRACECA-ya qoşulması nəqliyyat
dəhlizinin, ölkənin özünün və Türkmənistanla Avropa arasında ən
mühüm halqa kimi Azərbaycanın inkişafına müsbət təsir göstərəcək”,
– deyə R.Bayramov bildirib.

Bundan əlavə, milli katib bildirib ki, hər hansı bir ölkənin
TRACECA-ya qoşulması müddəti bütün iştirakçı dövlətlər tərəfindən
təsdiqlənərsə, təxminən 2-3 ay çəkir.

Teqlər: