Aİ Rusiyadan qaz tədarükünün azaldılması halında bunun öhdəsindən gələcək – Ursula fon der Lyayen

Avropa İttifaqı (Aİ) Avropa ölkələrinə Rusiyadan qaz idxalının
qismən dayandırılmasının öhdəsindən gəlmək üçün tədbirlər
görüb.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

“Qazprom” tərəfindən qaz tədarükünün qismən kəsilməsi və ya
getdikcə azaldılması halında modellərimiz indi daha çox təhlükəsiz
vəziyyətdə olduğumuzu göstərir”, – deyə Avropa Komissiyasının sədri
bildirib.

Onun sözlərinə görə, Aİ ABŞ, Qətər, Misir, Azərbaycan, Nigeriya
və Cənubi Koreya ilə həm mayeləşdirilmiş təbii qaz, həm də təbii
qaz tədarükünün mümkün artımını müzakirə edib.


“Əsas mayeləşdirilmiş təbii qaz təchizatçıları ilə də danışdıq,
tədarükləri Aİ-nin xeyrinə yönləndirməyin mümkün olub- olmadığını
soruşduq”, – deyə Ursula fon der Lyayen bildirib.

Avropa Komissiyasının sədri qeyd edib ki, bu səylər öz bəhrəsini
verir.

Onun sözlərinə görə, son illərdə Avropanın enerji
infrastrukturunun inkişafı ölkələr arasında qaz və elektrik
enerjisinin bölüşdürülməsini yaxşılaşdırıb, lakin Rusiya qazının
tədarükünün tamamilə dayandırılması hələ də əlavə tədbirlər tələb
edir.

Teqlər: