Yunanıstan parlamenti qırıcı təyyarələrin alınması ilə bağlı qanunu təsdiqləyib

Yunanıstan parlamenti qızğın müzakirələrdən sonra Milli Müdafiə
Nazirliyinin “Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi
haqqında” qanun layihəsini təsdiqləyib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, qanun layihəsi
Yunanıstanın 6 ədəd əlavə “Rafale” qırıcı təyyarəsi, 3 ədəd “Belharra” freqatı və sualtı qayıqlar üçün 44 ədəd torpedanın
alması ilə bağlıdır.

Məlumata əsasən, qanun layihəsi 300 yerlik birpalatalı
parlamentdə 189 yerə sahib olan hakim sağ mərkəzçi Yeni Demokratiya
partiyası, müxalif sol mərkəzçi Dəyişiklik Hərəkatı və kiçik
müxalif sağçı “Eliniki Lisi” partiyasının deputatları tərəfindən
qəbul edilib.