Aİ ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər – Şarl Mişel

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Rusiya
neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa
gəliblər.

AzerTimes-ın
məlumatına görə, bu barədə Aİ-nin Ukrayna üzrə planlandan kənar
sammitinin keçirildiyi Brüsseldə Avropa Şurasının rəhbəri Şarl
Mişel bildirib.

“Rusiya neftinin Aİ-yə ixracını qadağan edən razılaşma əldə
olunub. Bu, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə
edir və onun müharibə maşını üçün böyük maliyyə mənbəyini kəsir.
Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq”, – deyə Ş.Mişel
öz “Twitter” səhifəsində yazıb.

S.Mişel onu da bildirib ki, Avropa İttifaqının dövlət və hökumət
başçıları Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı
razılığa gəliblər, paketə, xüsusilə “Sberbank”ın SWIFT beynəlxalq
maliyyə mesajlaşma sistemindən ayrılması və daha üç Rusiya
dövlətinin KİV-nin Aİ-də yayımına qadağa qoyulması daxildir.