ABŞ prezidentinin köməkçisi Türkiyədən olan həmkarı ilə telefon danışığı aparıb

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyə
liderinin rəsmi nümayəndəsi İbrahim Kalınla telefon danışıq zamanı
İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətlərini, həmçinin
Kiyevə dəstək və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünyaya
ixracı problemlərini müzakirə edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Sallivan ABŞ-ın qətiyyətlə dəstəklədiyi NATO-ya üzvlüklə bağlı
[Türkiyənin] narahatlıqlarını həll etmək üçün Türkiyənin Finlandiya
və İsveç ilə davam edən birbaşa danışıqlarına dəstəyini ifadə
etdi”, – deyə qeyd olunub.

Teqlər: