Çempionlar Liqasının final oyunu üçün kağız biletlərin 70 faizi saxta olub

Parisdəki “Stade de Frans” stadionunda “Liverpul” və “Real
Madrid” klubları arasında keçirilən Çempionlar Liqasının final
oyununa (0:1) satılan kağız biletlərin təxminən 70 faizi saxta
olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Fransa Daxili İşlər naziri Jerald
Darmanen bildirib.

Xatırladaq ki, tamaşaçıların “Stad de Frans” stadionuna gedə
bilməməsi səbəbindən oyunun başlaması bir neçə dəfə təxirə salınıb.
Oyun 36 dəqiqə gecikmə ilə başlayıb. Polis stadiona girməyə cəhd
edən “Liverpul” azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə
edib.

Teqlər: