Aİ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə çalışır – Fransa səfiri

Avropa İttifaqı (Aİ) Azərbaycanla məhsuldar əməkdaşlığa ümid
edir.

AzerTimes-ın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri
Zakari Qross ADA Universitetində keçirilən “Avropa günü”nə həsr
olunmuş seminar zamanı deyib.

“Aİ həqiqətən də Azərbaycanla dərin əməkdaşlığı inkişaf
etdirməyə çalışır. Biz Azərbaycanı tərəfdaş kimi görürük”, – səfir
deyib.

O ümidvar olduğunu bildirib ki, tərəflər arasında bu
münasibətlər gələcəkdə də inkişaf edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

.

Teqlər: