AzMİU-nun ixtisasartıma fakültəsinin məzunlarına sertifikatlar verilib (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
İxtisasartırma fakültəsinin məzunlarına sertifikatlar verilib.
İnşaat mühəndisliyi ixtisası üzrə fakültədə təhsil alan PMD
Projects şirkətinin 7 əməkdaşı 3 aylıq kursları uğurla bitirib.

Sertifikatları Universitetin Tədris işləri üzrə prorektoru Akif
Qasımov, İxtisasartırma fakültəsinin dekanı Cəmilə İmaməliyeva,
İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev təqdim edib.

Şirkətin Keyfiyyətə nəzarət Departamentinin rəhbəri Rüstəm
Heydərov, İnsan resursları Depatamentinin rəhbəri Rizvan Nəbiyev və
əməkdaşı Lalə Cəlilzadə kursların uğurlu təşkili, keyfiyyətli
təhsil üçün Universitet rəhbərliyinə, müəllimlərə təşəkkür
ediblər.

Teqlər: