Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq – XİN rəsmisi

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş
tezliklə əldə olunacaq və layiqli nəticələr verəcək.

Trend-in
məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar
üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən “Avropa
günü”nə həsr olunmuş seminar zamanı deyib.

“Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna
görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”, – deyə o
bildirib.

R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri
ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri
tutur.

“Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə
baxır”, – səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: