Aİ Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı, xüsusilə, Cənub
Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmağı hədəfləyir.

Trend bu barədə
Avropa Komissiyasının təqdim etdiyi “REPowerEU” planına istinadən
məlumat verir.

Ukraynadakı müharibənin səbəb olduğu dünya enerji bazarındakı
fasilələr və çətinliklərə cavab olaraq Avropa Komissiyası enerji
qənaəti, ekoloji təmiz elektrik enerjisi istehsalı və enerji
ehtiyatları tədarükünün şaxələndirilməsinə yönəlmiş “REPowerEU”
planını təqdim edib.

“Biz uzunmüddətli və qarşılıqlı səmərəli tərəfdaşlıq
münasibətləri qurmaq, bərpa olunan enerji mənbələrini inkişaf
etdirmək, bütün dünyada enerji səmərəliliyini artırmaq, eləcə də
ekoloji təmiz texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlıq
etmək arzusundayıq. Aİ-nin yeni enerji platforması tələbin
ümumiləşdirilməsi, infrastrukturun istifadəsinin əlaqələndirilməsi,
beynəlxalq tərəfdaşlarla danışıqların aparılması, qaz və hidrogenin
birgə satın alınmasına hazırlıqlarda aparıcı rol oynayacaq”, –
Avropa Komissiyası bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: