Aİ Azərbaycandan neft idxalını artırmağa çalışacaq – New York Times

Avropa İttifaqı (Aİ) Körfəz ölkələri, Nigeriya, Qazaxıstan və
Azərbaycandan neft idxalını artırmağa çalışacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə “New York Times” nəşrti mənbələrə
istinadən bildirib.

Qeyd edilib ki, bu, Aİ-nin Rusiya neftindən imtina ilə bağlı
gözlənilən qərarı fonunda baş verəcək:

“Avropa Birliyi ölkələri çox güman ki, gələn həftənin əvvəlində
Rusiya neftinə mərhələli embarqonun qoyulmasına razılıq verəcək.
Planlaşdırılan embarqonun, tədricən olsa da, qlobal neft
qiymətlərinə təsir göstərəcəyi ehtimal olunur. Blokun daimi
nümayəndələri çərşənbə günü, mayın 4-də görüşəcək, gələn həftənin
sonuna qədər isə embarqonun yekun təsdiqini elan edəcəklər”.

Bildirilib ki, Rusiya Federasiyasından neft idxalına qadağa Aİ
sanksiyalarının altıncı paketində ən mühüm tədbir olacaq.

Teqlər: