Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 7 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusunun xüsusi təyinatlıları Suriyanın şimalında
“Zeytun budağı” və “Sülh bulağı” əməliyyatları zonalarında Türkiyə
hərbçilərinin mövqelərini atəşə tutan 7 YPG terrorçusunu (PKK-nın
Suriya qanadı) zərərsizləşdirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

“Terrorçuların hücumları və atəşi cəzasız qalmır. Xüsusi
təyinatlıların “Zeytun budağı” əməliyyatı zonasında keçirdiyi
əməliyyatlar nəticəsində 6 PKK/YPG silahlısı zərərsizləşdirilib.
“Sülh bulağı” əməliyyatı bölgəsində daha bir silahlı
zərərsizləşdirilib”, – deyə nazirlik qeyd edib.