Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə
çağırılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN)
məlumat yayıb.

“Almaniya Xarici İşlər Nazirliyi Türkiyənin Berlindəki səfirini
Osman Kavalanın işi ilə bağlı çağırdıqdan sonra Almaniyanın
Ankaradakı səfiri Yurgen Şults saat 17:30-da nazir müavini və
Avropa İttifaqı məsələləri üzrə direktor Faruk Kaymakçı tərəfindən
Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfir Şultsa bildirilib ki, Berlindəki səfirimizin ölkəmizdə baş
verən hadisə ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılmasını
pisləyirik. Səfir Şultsun diqqətinə çatdırılıb ki, müstəqil Türkiyə
məhkəməsi tərəfindən çıxarılan ittiham qərarı heç bir qurum, orqan
və ya ölkə tərəfindən etiraz edilə bilməz”, – deyə nazirlikdən
bildirilib.

Həmçinin bildirilib ki, səfirə Vyana Konvensiyasında təsbit
olunan daxili işlərə qarışmamaq prinsipi xatırladılıb.

Teqlər: