Ağdamda avtoxuliqan həbs edildi

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol
hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan,
cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər
nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq
edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan
Eldəniz Məmmədov saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə
gətirilib, onun sürücülük vəsiqəsinin də olmadığı müəyyən edilib.
İdarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

E.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci
maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon
məhkəməsinə göndərilib. Qərara əsasən o, 15 gün müddətinə inzibati
qaydada həbs edilib.

Teqlər: