Mayın 1-dən ibtidai siniflərdə tətil başlayır

1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq
qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.

AzerTimes-ın məlumatına görə,
bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, tətildən sonrakı ilk dərs günü 6 may
2022-ci ildir.

1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil
səviyyələrinə şamil edilmir.

Teqlər: