Kaspersky MLAD texnoloji təhlükəsizlik sahəsindəki 3 ən yaxşı məhsuldan biridir

Anomaliyaların aşkarlanması sistemi olan Kaspersky MLAD*
Almaniyanın Computer & Automation Magazine jurnalının oxucularının
rəyinə görə 2022-ci ildə avtomatlaşdırma sənayesində trendləri
müəyyən edəcək
ən innovativ və ən faydalı üç məhsuldan
biri seçilib.
Kaspersky-nin bu həlli “Texnoloji təhlükəsizlik” kateqoriyasında
namizəd göstərilib. Mükafat üçün namizədlərin qısa siyahısına ilk
olaraq daxil edilib. Bu kateqoriya üzrə namizədlər arasında proqram
təminatının müdafiəsi və lisenziyalaşdırılması, kibertəhdidlərin
təhqiqatı və kriminalistikası, təhlükəsizliyin monitorinqi sahəsini
təmsil edən səkkiz başqa məhsul, həmçinin şəbəkələrarası ekranlar,
daxiletmə modulları və qəza əleyhinə müdafiə kilidləri də olub.

Avadanlıqların nasazlığı və ya kiberinsidentlər səbəbindən
meydana çıxan planlaşdırılmamış fasilələr sənaye şirkətlərinə baha
başa gəlir. Kaspersky-nin qiymətləndiməsinə görə, fasilə müddətinin
50% azaldılması nəticəsində böyük elektrik stansiyası ildə 1 milyon
dollar, neft emalı zavodu isə təxminən 2,5 milyon dollara qədər
vəsaitə qənaət edə bilər. Təəssüf ki, bu cür uğursuzluqlara səbəb
olan problemləri əvvəlcədən aşkar etmək bəzən çətin olur. Kaspersky
MLAD sistemi istehsalçılara məhz bu problemləri erkən mərhələdə
aşkarlamağa və aradan qaldırmağa kömək etmək üçün hazırlanıb.
Məhsul avadanlıq sensorlarından ötürülən telemetriyanı təhlil edən
maşın öyrənmə alqoritmləri ilə təchiz olunub və anomaliyaların
ətraflı təhlili üçün çoxfunksiyalı qrafik interfeysə malikdir.

“Biz məhsulumuzla fəxr edirik və müştərilərimizə, həmçinin
Computer & Automation Magazine jurnalının redaksiyası və
oxucularına seçim və etibarlarına görə minnətdarıq. Kaspersky
MLAD-ın müxtəlif komponentlərini müştərilərimizin ehtiyaclarına
uyğunlaşdırmağa və sənaye obyektlərinin maksimum mühafizəsini təmin
etmək üçün təkmilləşdirməyə davam edəcəyik”, deyə Kaspersky-nin
Perspektivli Texnologiyalar şöbəsinin rəhbəri Andrey Lavrentyev
qeyd edib.

Kaspersky-nini innovativ Kaspersky MLAD yanaşması həmçinin
ABŞ-ın
Patent və Əmtəə Nişanları İdarəsi tərəfindən təsdiqlənib
. Daha
ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://mlad.kaspersky.ru/.

* Kaspersky Machine Learning for Anomaly Detection