Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, adyunkturaya qəbul
üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay
müddətinə möhlət veriləcək.

Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.

Teqlər: