ADPU-nun Məktəbəqədər təhsil fakültəsində TEC-in konfransı keçirilib (FOTO)

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Məktəbəqədər təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC)
ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş növbəti elmi konfransı keçirilib.

Konfrans ənənəvi olaraq plenar və 3 bölmə iclasından təşkil
olunmuşdur. Plenar iclasında giriş sözü ilə çıxış edən fakültənin
dekanı professor Şəhla Əliyeva konfransı açıq elan edib,
iştirakçılara uğur arzulayıb. Dosent Ş.A.Baxışova və Məktəbəqədər
təlim və tərbiyə ixtisasının tələbəsi Sülhiyyə Məmmədli Heydər
Əliyevin həyat və yaradıcılığı haqqında məruzələr ediblər. Tədbirin
davamında Ümumi psixologiya kafedrasının müdiri prof. R.Əliyev,
dekan müavini dos. A.İmanov, Məktəbəqədər təhsilin pedaqogikası
kafedrasının müdiri prof. M.İlyasov çıxış edərək ümummilli liderin
təhsilin inkişafına verdiyi tövhələrdən və və tələbə elmi işlərinin
əhəmiyyətindən danışdılar.

Fakültə TEC-in sədri T.Ə.Şahvələdli-Qədimova konfransın
Məktəbəqədər təhsil, Psixologiya və Korreksiyaedici təlim bölmələri
üzrə üç istiqamətdə təşkil olduğunu, konfransın proqramına əsasən
bölmə sədr və katiblərini, həmçinin təşkilati komitənin üzvlərini
elan etdikdən sonra bölmə iclasları başlanıb.

Hər üç bölmədə tələbələrin maraqlı təqdimatları bölmə sədr və
katibləri, həmçinin müəllimlər tərəfindən maraqla dinlənilib, geniş
müzakirələr aparılıb. Bölmələrin yekununda tezislərinə görə seçilən
tələbələr fərqləndirilib və konfransın yekun iclasında fakültə
dekanı prof. Ş.Əliyeva tərəfindən diplomlarla təltif olunublar.

Teqlər: