Prezident İlham Əliyev şəhid xüsusi təyinatlıların xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin
yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi
hissəsində olub.

AzerTimes-ın məlumatına görə,
müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan
İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin
büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad
etdi.

Sonra Ali Baş Komandan şəhid xüsusi təyinatlıların xatirə
abidəsinin önünə gül dəstəsi qoydu.

Teqlər: