Azərbaycan beynəlxalq aləmdə gündəmi formalaşdıran ölkələr sırasına daxil olub – Rauf Əliyev

Aprelin 29-da ADA Univesitetində “Cənubi Qafqaz: İnkişaf və
Əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Qeyd etmək
lazımdır ki, aprelin 28-də Şuşada işinə başlayan və 29-da Bakıda
davam edən bu beynəlxalq konfransın ideyası ötən ilin aprelin 13-də
cənab Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində
keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı.

Konfransda 23 ölkədən gəlmiş 40 nümayəndə iştirak etmişdir.
Keçirilən bu Beynəlxalq Konfransda cənab Prezident İlham Əliyevin
çıxışı və konfrans iştirakçılarının sullarına verdiyi cavablar
dövlət başçımızın dünya səviyyəli, müdrik siyasətçi, əsil liderlik
keyfiyyətlərinə malik dünyada gedən proseslər barədə yüksək
məlumatlılıq səviyyəsinə malik olduğunu bir daha nümayiş
etdirdi.

Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə
etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirilən hərtərəfli
düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti
nəticəsində mümkün olmuşdur. Cənab Prezident İlham Əliyev bu gün
dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama
Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal
təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı
inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynəlxalq aləmdə
gündəmi formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab
Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kimi öz
fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil,
həm də bəşər sivlizasiyası üçün dayanıqlı inkişafın vəzifə və
məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı
fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın
aparıcı liderlərindən biri kimi tanınır.

Cənab Prezident Konfransda çıxışı və konfrans iştirakçılarının
suallarını cavablandırarkən bir sıra çox mühüm məsələlərə münasibət
bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Qafqazda yeni eranı,
sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Azərbaycan
Ermənistan münasibətlərinə toxunan cənab Prezident bildirmişdir ki,
Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi
qəbul edib. Bu prinsiplər Ermənistanla bağlanacaq sülh
müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın
təklifinə uyğun olaraq, Ermənistan iki ölkə arasında sərhədlərin
delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi
qrupunun yaradılmasına razılıq verib.

Sülh və qarşılıqlı münasibətlərlə bağlı sualı cavablandırarkən
cənab Prezident qeyd edib ki, bu məsələlərə real yanaşılmalıdır.
Azərbaycan xalqının yaraları 30 il ərzində sağalmayıb. Ona görə hər
şey vaxtında və zamanında edilməlidir.

Öz çıxışında Azərbaycanla Ermənistan arasında əlaqələrin
normallaşması məsələsinə toxunarkən cənab Prezident qeyd etmişdir
ki, “Azərbaycanla əlaqələrin normallaşması Ermənistan üçün elə
imkanlar açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin
olardı”

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb
edən məlum 4 Qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı sual
cavablandırarkən dövlətimizin başçısı qeyd edilmişdir ki, 27 ildə
onların heç biri icra edilmədi, Azərbaycan özü bu Qətnamələri icra
etdi. Qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç
daimi üzvü idi, onlar həmdə ATƏT-in Minsk qrupunun həmsədrləri
idilər. Onların nə üçün özlərini qəbul etdikləri qətnamələri icra
etməməsinin səbəbi çox aydındır. “İşğalla bağlı vəziyyət onlar üçün
də məğbul idi. Bizə isə məğbul deyildi, biz azlıqda idik”.

Rusiyaya tətbiq edilən sanksiyaların azərbaycan-Rusiya
ticarərinə təsiri ilə bağlı sualı cavablandırarkən bildirilmişdir
ki, bu sanksiyalar hələ ki iki ölkə arasındakı ticarət əlaqələrinə
neqativ təsir göstərməyib. Lakin bilinmir ki, bunun cədvəli necə
dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir
ildə nə olacaq, bunu proqnozlaşdırmaq çətindir.

Yaxın 10 ilə nəzər salan cənab Prezident qeyd etmişdir ki, “
Yaxın 10 ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o
zaman , bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla
olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz
regionunda tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin
artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfransdakı çıxışında və konfrans iştirakçılarının
suallarını cavablandırarkən verdiyi cavablarda təkcə regionda
deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu
hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, cənab Prezident
İlham Əliyev müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi
dünya liderlərindən biridir.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: