Abşeronda arvadını qətlə yetirən şəxs saxlanılıb

Mayın 29-u saat 05 radələrində Abşeron rayonu ərazisində 1988-ci
il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış ilkin araşdırmalarla
zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma
Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: