ABŞ dövlət katibinin müavini Fransa, Türkiyə, Yunanıstan, Kipr və Almaniyaya səfər edəcək

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya
Nuland aprelin 2-dən 9-dək Fransa, Türkiyə, Yunanıstan, Kipr və
Almaniyaya səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin
mətbuat xidmətinin açıqlamasında deyilir.

Məlumata əsasən, dövlət katibinin müavini səfər edəcəyi
ölkələrdə Ukrayna ətrafındakı vəziyyəti və Rusiyaya qarşı
sanksiyaları müzakirə edəcək.