Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 2 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror
təşkilatının Suriya qanadının (YPG) 2 üzvünü məhv edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular “Zeytun budağı” əməliyyatı zonasına
hücum etməyə hazırlaşırdılar.

Qeyd edilir ki, terrorçuların mövqeyinə həmçinin artileriya
zərbəsi endirilib.