Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib

ABŞ Prezidenti Cozef Bayden rəsmi “Twitter” hesabında Ramazan
ayının başlanması ilə bağlı paylaşım edib.

AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:

“Cil və mən Ramazan ayının başlanması ilə əlaqədar Birləşmiş
Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş
arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, sizə və
yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan
ayınız mübarək!”.

Teqlər: