ABŞ-da təyarrə avtomobillə toqquşub, xəsarət alanlar var

ABŞ-ın Florida ştatının Mayami şəhərində yüngül mühərrikli
təyyarə magistral körpünün üzərinə düşüb.

Trend xəbər
verir ki, bu barədə NBC kanalının yerli bölməsi məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində azı iki nəfər xəsarət alıb.

Təyarrə körpünün üzərində avtomobillə toqquşub, daha sonra isə
alovlanma baş verib. Hadisə səbəbindən lörpü üzərində hərəkət
məhdudlaşdırılıb.

Xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti haqqında
hər-hansı açıqlama verilmir.