ABŞ-da benzinin qiymətləri tarixi maksimumu yeniləyib

ABŞ-da benzinin qiymətləri artmağa davam edərək tarixi maksimumu
yeniləyib

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, hazırda ölkədə
bir qallon (3,785 litr) benzinin qiyməti 4,45 dollar, dizelin isə
5,56 dollara çatır.

Bir il əvvəl qiymətlər müvafiq olaraq 3,04 və 3,16 dollar idi.
Amerika Avtomobil Assosiasiyasının ekspertləri qeyd edirlər ki,
benzinin ən yüksək qiymətləri Kaliforniya ştatının yanacaqdoldurma
məntəqələrində qeydə alınıb – bir qallon üçün 5,92 dollar.