ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimuma yüksəlib

ABŞ-da benzinin orta qiyməti bir qallon (təxminən 4,55 litr –
red.) 4,589 dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici
3,043 dollara bərabər idi.

Trend “Sinxua”
agentliyinə istinadla xəbər verir ki, Amerika Avtomobil
Assosiasiyasının (AAA) dərc etdiyi son məlumatlara görə,
Kaliforniyada ölkədə ən yüksək benzin qiymətləri müşahidə olunmaqda
davam edir – burada hər qallon üçün benzinin qiyməti 6,061 dollar
təşkil edir. Ən yüksək qiymət isə Mono dairəsində müşahidə olunur.
Burada bir qallon benzinin qiyməti 7,058 dollardır.

Kaliforniyada tarixdə ilk dəfə benzinin orta qiyməti bir qallon
üçün altı dolları ötüb. Orta qiymətlərin hər qallon üçün dörd
dollardan aşağı olan son üç ştatda da (Corciya, Kanzas və Oklahoma)
bu hədd aşılıb.