“Twitter” İlon Maskla müqavilənin qüvvədə olduğunu bildirib

“Twitter” sosial şəbəkəsinin İlon Mask tərəfindən alınması ilə
bağlı sövdələşmə dayandırılmayıb.

Trend xəbər
verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Daha əvvəl Mask bildirmişdir ki, sosial şəbəkənin rəhbəri Paraq
Aqravaladan istifadəçilər arasında saxta hesabların 5%-dən az
olması barədə məlumatı dəqiqləşdirməyənə qədər “Twitter”-i almaq
sövdələşməsi yekunlaşdırılmayacaq.

Agentliyin məlumatında görə, şirkətin saş hüquqşünası və siyasət
bölməsinin rəhbəri Vijaya Gadde ümumi yığıncaqda işçilərə
sövdələşmənin dondurulması kimi bir şey olmadığını söyləyib. O,
keçən həftə Maskın sosial media platformasındakı botların və spam
hesablarının sayı haqqında əlavə məlumat alana qədər sövdələşməni
təxirə salması ilə bağlı iddialarını rədd edib.

“Twitter” əməkdaşlarının sözlərinə görə, şirkət hər səhm üçün
razılaşdırılmış 54,2 dollar qiymətinə yenidən baxmayacaq.

Onlar şirkətin 44 milyard dollara satılması ilə bağlı
sövdələşmənin planlaşdırıldığı kimi irəlilədiyini deyirlər.