Bayden ABŞ Prezidenti qismində Cənubi Koreyaya ilk səfərini edəcək

Cümə günü ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi Koreya
Respublikasına ilk səfərini edəcək.

Trend “TASS”a
istinadla xəbər verir ki, şənbə günü ABŞ Prezidentinin Cənubi
Koreya lideri Yun Sok Yol ilə ilk sammiti baş tutacaq. Üçgünlük
səfərin əsas mövzuları ikitərəfli münasibətlərlə yanaşı, Koreya
Xalq Demokratik Respublikasının raket-nüvə proqramı, iqtisadi
təhlükəsizlik və regional əməkdaşlıq məsələləri olacağı
gözlənilir.

ABŞ Prezidentinin səfəri Yun Sok Yolun inauqurasiyasından cəmi
on gün sonra baş tutacaq ki, Cənubi Koreya prezidentlərinin
vəzifələrinin icrasına başlamasından sonra belə tezliklə ABŞ ilə
sammit baş tutmayıb. Cənubi Koreya Administrasiyası nümayəndəsinin
sözlərinə görə, dövlət başçıları gün ərzində azı bir dəfə
görüşəcəklər. Cümə və bazar günləri ənənəvi və iqtisadi
təhlükəsizlik məsələlərinə həsr edilən tədbirlər
planlaşdırılıb.

Şənbə günü keçiriləcək sammitə hazırlıq Vaşinqton və Seulun
Şimali Koreyanın “təxribatlar” – raket buraxılışları və ya nüvə
sınaqları həyata keçirməsi ehtimalı ilə bağlı davamlı bəyanatları
fonunda gedib. Belə olan halda tərəflər prezidentlərə silahlı
qüvvələrin komanda sistemlərinə dərhal çıxış əldə etməyə imkan
verəcək “B planı” hazırlayıblar.