ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb

İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini
sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də
uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi
martın sonuna 1 milyard manata çatıb.

ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların
ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv,
bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi
məhsullarından rahatlıqla istifadə edə bilərlər.

ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan
bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında
müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla
tərəfdaşlıq edərək sənədli əməliyyatların və ticarətin
maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit
xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da
şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir.
Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10
ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq
imkanındadır.

Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki,
ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq
ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə
yaranmadan həyata keçirə bilirlər. ABB-nin istənilən filialına
müraciət etməklə bu imkanlardan yararlanmaq olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: