Şadlıq sarayında saxta alkoqollu içkilər aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin
sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam
etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, Agentlik
əməkdaşları tərəfindən Samux rayonu, Samux-Çobanabdallı yolunun
kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil
oğluna məxsus şadlıq sarayında keçirilən monitorinq zamanı qida
təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin
kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line”
nişanlı alkoqollu içkilər aşkar olunub. Faktla bağlı
qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə
edilərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün alkoqollu
içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən,
məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: