ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçiləcək

EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi
“EY İlin İş Adamı” müsabiqəsinin qalibi martın 10-da elan ediləcək.
Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Onlar
ATL Tech, ELAD, Fortune
Trade
, IDEA, JL Tech, Your Decor and Events, ZIRA Natural & Gourmet
şirkətləri, Portmanat
YIĞIM Ödəniş Sistemidir. Qalib bu
şirkətlər arasından seçiləcək və “Dünya üzrə İlin İş Adamı”
müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

ABB üçüncü ildir ki, “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə
dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı
istiqamətində gördüyü işlərin bir hissəsidir.

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı”
müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu
işgüzar mükafatlarından sayılır. “EY İlin İş Adamı” proqramının
məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş
etdirməkdir.

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycandan başqa 60-dan çox
ölkədə təşkil edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqənin
tərəfdaşlarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.