Ukraynanın Krivoy Roq şəhərinin sakinləri raket zərbələrindən sonra təxliyə olunur

Ukraynanın Krivoy Roq şəhərinin sakinləri təxliyə olunur.

Trend-in
məlumatına görə, bu barədə Krivoy Roq Şəhər Şurası elan edib.

Qeyd olunur ki, təxliyə tank briqadasının anbarlarına endirilən
zərbələrlə əlaqədar həyata keçirilir.


Məlumata əsasən, şəhərin Makulan rayonunun və ətraf ərazilərin
sakinləri anbarda partlayış təhlükəsi ilə əlaqədar bölgədən
çıxarılır.