“3+3” formatının Tehranda keçirilməsi planlaşdırılan növbəti görüşündə nələr müzakirə olunacaq? – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında
Tehranda zirvə görüşünün keçirilməsi barədə razılıq əldə edib.

Görüşdə Suriya ilə bağlı vəziyyət müzakirə olunacaq.
Prezidentlərin görüşündən əvvəl XİN rəhbərləri səviyyəsində görüşün
keçirilməsi planlaşdırılır. Rusiya, İran və Türkiyə liderləri
2020-ci il iyulun 1-də virtual formatda keçirilən görüşdə Suriya
məsələsini müzakirə etmiş və növbəti görüşün Tehranda keçirilməsi
barədə razılığa gəlmişdi.

AzerTimes-ın
məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas
məsələ” verilişində “Regional əməkdaşlıq, “3+3″ formatının Tehranda
keçirilməsi planlaşdırılan növbəti görüşündə nələr müzakirə
olunacaq?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı
danışılıb. Verilişin qonaqları Milli Məclisin deputatları Sevil
Mikayılova, Mahir Abbaszadə və siyasi şərhçi Xəyal Bəşirov mövzu
ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: