Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan
fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında qısa
proqramda çıxışını başa vurub.

Trend-in
məlumatına görə, o, 61.82 xalla ilk 24 idmançı arasında yer alaraq
sərbəst proqrama vəsiqə qazanıb.

Y.Ryabova fevralın 17-də sərbəst proqramda mübarizəsini davam
etdirəcək


Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər
arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Teqlər: