Türkiyə ordusu Suriyada 10 terrorçu zərərsizləşdirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silah Qüvvələri Suriyanın şimalında keçirilən ayr-ayrı
antiterror əməliyyatlarında 10 PKK silahlısını
zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunur ki, “Fərat qalxanı” antiterror əməliyyatı bölgəsində
hücum hazırlığında olan 4 terrorçu, “Sülh bulağı” antiterror
əməliyyatı bölgəsində 6 terrorçu məhv edilib.

Nazirlik bölgədə əməliyyatların davam etdirildiyini deyib.