33 ailənin yaşadığı yataqxananın təmir olunması nəzərdə tutulub

Sosial şəbəkələrdə Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında
yerləşən yataqxananın qəzalı olması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Xətai Rayon İcra
Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Pənah İmanov bildirib ki, bina qəzalı deyil.

P.İmanovun sözlərinə görə, bina uzun illərdir ki,
istismardadır:

“Həmin binanın sakinlərinin çoxu məcburi köçkünlər idi. Onların
çoxu köçürülüb. Hazırda yataqxanada 33 ailə yaşayır. Mütəxəssislər
binaya baxış keçirib. Rəy veriblər ki, bina qəzalı deyil. Sadəcə
binanın əsaslı təmirə ehtiyacı var. Binanın təmir olunması nəzərdə
tutulub. Təmir başlayacağı zaman Xətai Rayon İcra Hakimiyyəti
olaraq öhdəliyimizə nə düşəcəksə, edəcəyik”, – deyə şöbə müdiri
bildirib.

Teqlər: