Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət hüquqi veriləcək

Azərbaycanda adyunkturaya qəbul olunanlar üçün təhsili davam
etdirmək üçün çağırışa möhlət hüququ veriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi
xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 21.1.4-1-ci maddəsində (Təhsili
davam etdirmək üçün çağırışa möhlət verilməsi) “doktoranturaya”
sözündən sonra “(adyunkturaya)” sözü əlavə edilir.

Həmin maddədə, doktoranturaya qəbul üzrə ilk imtahandan
müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə möhlət hüququ
verilir.

Dəyişiklik müzakirələrdən sonra ssəverməyə qoyularaq qəbul
edilib.

Teqlər: