28 mindən çox uşağın sosial xidmətlərə ehtiyacları qiymətləndirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud
uşaqların sosial xidmətlərə təlabatının qiymətləndirilməsi həyata
keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə
sağlamlıq imkanları məhdud 37371 uşağın ailəsinə səfər edilib.
Onlardan artıq 28187 uşaqla bağlı qiymətləndirmə aparılıb.

Sosial işçilər və psixoloqlar tərəfindən həmin uşaqların qayğı,
sosial təminat, təhsil, səhiyyə, iştirak və digər əsas hüquqlarının
təmini, habelə risk səviyyəsi ölçülüb. Hazırda da qiymətləndirmə
prosesi davam etdirilir.

Prosesin yekunu olaraq sosial həssaslığı riskli olaraq
dəyərləndirilən uşaqların yaşadıqları ərazi üzrə zəruri sosial
xidmətlərə çıxışının təmin edilməsi istiqamətində işlər
aparılacaq.

Teqlər: