Sosial sahibkarlıqla bağlı təkliflər paketi hazırlanacaq (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyində BMT İnkişaf Proqramının beynəlxalq
məsləhətçisi Lana Lovasiç ilə görüş keçirilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə Azərbaycanda sosial sahibkarlığın təşviqinə
dair məlumat mübadiləsi aparılıb və müvafiq fəaliyyətlərin
əlaqələndirilməsi müzakirə olunub. Həmçinin, əlverişli sosial
ekoloji sistemin formalaşdırılması, sosial sahibkarlığın inkişafı
istiqamətində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər
və imkanlardan danışılıb.

Görüşün nəticəsi olaraq sosial sahibkarlığın inkişafını təşviq
etmək məqsədilə BMT İnkişaf Proqramı tərəfindən təkliflər paketinin
hazırlanmasına dair razılığa gəlinib.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Göstərilən xidmətlər, icra edilən
layihə və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: