Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirilib, silah və narkotik alverçiləri saxlanılıb (FOTO)

Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində
əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, narkotik
vasitlərin kultivasiyası, satışı və qanunsuz olaraq odlu
silah-sursat saxlayan şəxslər saxlanılıblar, qanunsuz dövriyyədən
10 kiloqrama yaxın narkotik maddə çıxarılıb, 1 ədəd “Kalaşnikov”
aşkar edilib

Paytaxtın Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov
qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik
tərkibli bitkilərin kultivasiyası və yaşadığı evdə qanunsuz olaraq
odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar
keçirilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan
Maştağa qəsəbəsi sakini Elnur Babayevdən 244 qram marixuana aşkar
edilib. Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ
evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana,
həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirdiyi 8853
ədəd çətənə kolu aşkar edilərək götürülüb. Aparılan araşdırmalar
zamanı Elnur Babayevin narkotik tərkibli bitkiləri bir müddət əvvəl
əkdiyi və xüsusi quluq etdiyi müəyyən edilib. Onun məqsədi çətənə
kollarını qurudandan sonra satmaq olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri növbəti əməliyyat nəticəsində isə sosial şəbəkədə
tanış olduğu xaricdə yaşayan narkotacirin təklifi ilə paytaxt
ərazisində narkokuryerliklə məşğul olan Astara rayon sakini Vüqar
Əmirli saxlanılıb. 13-cü Polis Bölməsinə gətirilən həmin şəxsin
üzərindən 60 qram heroin və psixotrop maddə metamfetamin aşkar
edilib. Vüqar Əmirli ifadəsində paytaxt ərazisində kirayədə
yaşadığı evdə narkotik maddələr saxladığını bildirib. Həmin ünvana
baxış zamanı əlavə olaraq 1 kiloqrama yaxın heroin və metamfetamin
aşkar edilib. Saxlanılan şəxs izahatında narkotik maddələri satışı
ilə məşğul olduğunu etiraf edib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində isə
əvvəllər dəfələrlə məhkum edilmiş Nardaran qəsəbəsi sakini Sabir
Babayev saxlanılıb. Onun üzərindən və evinin yaxınlığındakı
yarımtikilidən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq,
31 ədəd patron və 1 kiloqram 105 qram heroin aşkar edilib.

Faklarla bağlı toplanan materiallar Sabunçu Rayon Polis
İdarəsinə göndərilib. Saxlanılanların hər biri barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam
etdirilir.

Teqlər: